Türkiyədə son sutkada 18 nəfər koronavirusdan öldü


Türkiyədə COVİD-19 səbəbilə ölənlərin və yoluxanların sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Türkiyədə son 24 saat ərzində 1083 nəfər yeni növ koronavirusa yoluxub, 18 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib. Nəticədə, Türkiyədə COVİD-19 səbəbilə ölənlərin ümumi sayı 5 min 765, yoluxanların sayı isə 234 min 934-ə çatıb. 218 min 491 nəfər isə müalicə alaraq sağalıb.
Dünyada isə koronavirusa yoluxanların sayı 18 milyon 735 min 734 nəfər olub. 705 min 61 nəfər isə COVİD-19-dan vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top