Analiz götürüldükdən bir gün əvvəl analizin cavabı çıxıb – TƏBİB-dən AÇIQLAMA + FOTO


Avqust ayının 4-də koronavirus testi verən Elşən Hüseynsoy, bununla bağlı nəticənin 3 avqust tarixi ilə ona göndərildiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “facebook” vasitəsilə məlumat yayıb və e-TƏBİB vasitəsilə ona göndərilmiş nəticənin fotosunu paylaşıb.
Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Yeniavaz.com-a açıqlama verib və bildirib ki, xəta testin götürüldüyü klinikadan qaynaqlanır: “Laboratoriya sistemə hansı tarixlə necə vurursa, nəticələr ona əsasən e-TƏBİB-ə avtomatik yüklənir. Özəl laboratoriyadır, bir daha tərəfimizdən məsələnin araşdırılması və əgər texniki səhv varsa, düzəldilməsi deyilib”.

DİGƏR XƏBƏRLƏR

Top