Tramp: "Generallarla görüşdüm, hər hansı qəza partlayışına oxşamır"


ABŞ prezidenti Donald Tramp Livanın paytaxtı Beyrutdakı partlayışla bağlı açıqlama verib.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, Tramp keçirdiyi mətbuat konfransında Beyrutdakı partlayışla bağlı danışarkən hadisədən “hücum” olaraq bəhs edib. Bu vaxt konfransda iştirak edən jurnalistlərdən biri Trampdan bunun səbəbini soruşub. ABŞ prezidenti isə, “Generallarımızla görüşdüm, bu hadisənin qorxunc bir hücum olduğunu düşünürlər, bu, hər hansı qəza partlayışına oxşamır” deyə cavab verib. Konfransın davamında ABŞ-rəsmiləri dünyasını dəyişənlər üçün ABŞ-a başsağlığı verib və yardım edə biləcəklərini bildiriblər.
Qeyd edək ki, Beyrutda 2700 tondan çox ammonium nitrat duzunun saxlanıldığı binada güclü partlayış baş verib. Hadisə nəticəsində 4 minə yaxın insan xəsarət alıb, 100-dən çox insan dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top