İngiltərədə “McDonalds”da toyuq qızartmasından tibbi maska çıxıb – İDDİA + FOTO


“McDonalds”ın İngiltərədəki şöbəsində iyrənc hadisə yaşandığı iddia edilir.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ailə sözügedən “fast food” şirkətindən kiçik qızları üçün qızarmış toyuq sifariş verib və bu zaman məhsulun içindən tibbi maska çıxıb. Ailə qızarmış toyuğu İngiltərənin Alderşot qəsəbəsində yerləşən restorandan sifariş verib.
Xəbərdə deyilir ki, 32 yaşlı Laura Arber restorana getməmişdən 1 gün əvvəl sifariş verib. Sifarişləri evə aparan 3 uşaq anası yemək əsnasında kiçik qızının boğulduğunu hiss edib:
“Qızımın yemək yediyi vaxt çətinlik çəkdiyini hiss etdim. Bundan sonra boğulmağa başladı. Mən dərhal əlimi boğazına saldım. Qızımın boğazında nə isə olduğu görünürdü. Onun boğazına ilişən loxmanı çıxardıqda gördüm ki, toyuğun içərisində mavi rəngdə bir dəfə istifadə etmək üçün nəzərdə tutulmuş  maska var".
Laura Arber bu hadisədən sonra restorana gedib şikayət edib ancaq, rəhbərlik həmin məhsulun onların mətbəxində bişirilmədiyini bildirib.
Qeyd edək ki, “McDonalds” 1940-cı ildən ABŞ-ın Kaliforniya ştatında fəaliyyətə başlayıb və hazırda dünyanın əksər ölkələrində mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top