Beyrutda partlayış anında övladını qorumağa çalışan atanın çətin anları – VİDEO


Livanın paytaxtı Beyrutda baş verən partlayış zamanı övladını qorumağa çalışan atanın görüntüləri kameralara yansıyıb. 
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, Beyrutda partlayış anında bir nəfər şəxs evində övladını qorumaq üçün gərgin anlar yaşayıb. O, uşağını evdəki stolun altında partlayış təhlükəsindən qorumağa çalışıb. Həmin anlar təhlükəsizlik kamerları tərəfindən qeyd edilib.
Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda 2700 tondan çox ammonium nitrat duzunun saxlanıldığı binada güclü partlayış baş verib. Hadisə nəticəsində 4 minə yaxın insan xəsarət alıb, 100-dən çox insan dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top