Beyrutda güclü partlayışa səbəb olan ammonium nitrat nədir?


Dünən axşam saatlarında Livanın paytaxtı Beyrutda güclü partlayışa səbəb olan ammonium nitrat kənt təsərrüfatı sahəsində istifadə olunur.
Yeniavaz.com
xəbər verir ki, ammonium nitrat ağ və qəhvəyi rəng arasında dəyişən kristal tozdur. Xüsusilə kənd təsərrüfatı sahəsində gübrə kimi istifadə olunur. Ammonium nitrat özü yanmır, lakin digər yanan materiallar ilə təmasda yanğını artırır və oksigen olmadığı halda belə yanğına dəstək olur. Kimyəvi formulu NH4NO3-dur. Xüsusilə terror təşkilatları ondan partlayıcı maddə hazırlayır. Dünyanın bir çox ölkəsində baş verən böyük terror aktları ammonium nitratdan hazırlanan bombalarla törədilib. Bu səbəbdən satışı nəzarətdə saxlanılır. Hətta PKK-nın bəhs edilən gübrədən çox sayda bomba hazırlaması səbəbilə Türkiyənin bir çox yerlərində həmin maddənin satışı qadağan edilib.
Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda 2700 tondan çox ammonium nitrat duzunun saxlanıldığı binada güclü partlayış baş verib. Hadisə nəticəsində 4 minə yaxın insan xəsarət alıb, 100-dən çox insan dünyasını dəyişib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top