Güclü partlayış zamanı Beyrut limanında "Palmali Holding"ə məxsus gəmi də olub


Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Palmali Holding"ə məxsus “Kapitan Nagdaliyev” gəmisi də olub.

Yeniavaz.com xəbər verir ki, bunu “Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva bildirib.

““Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan yaxud ölənlər yoxdur. Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib. Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır”, - deyə F.Quliyeva qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top