Beyrutda baş verən partlayışda ölənlərin sayı 100-ü keçdi - YENİLƏNİB


Livanın paytaxtı Beyrutda baş verən partlayış səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 100-ü ötüb. Bu barədə Livan Qırmızı Xaç Cəmiyyətindən məlumat yayılıb.
Qeyd edək ki, dünən axşam saatlarında Livanın paytaxtı Beyrutda 2700 tondan çox ammonium nitrat duzunun saxlanıldığı binada güclü partlayış baş verib. Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim həmin maddələrin gəmi ilə Afrikaya göndəriləcəyi üçün limanda saxlanıldığını deyib. Hadisə nəticəsində 4 minə yaxın insan xəsarət alıb, 100-dən çox insan dünyasını dəyişib.

***00:57

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" yayıb. Məlumata görə, 3,7 mindən çox insan da xəsarət alıb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. 

Partlayışın dəqiq səbəbi hələ bəlli deyil. Livanın Daxili İşlər naziri Məhəmməd Fəhmi partlayışın limandakı anbarda saxlanılan sodium nitratdan qaynaqlandığını ehtimal edildiyini bildirib.


***22.57


Livanın paytaxtı Beyrutun liman bölgəsində baş vermiş iki güclü partlayışa görə ölkədə matəm elan olunub.

AZƏRTAC xəbər verir ki, Livan Prezidenti Mişel Naim Aun Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Yaxınlıqdakı binaların dağılması zamanı yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.

“Əl Cəzirə” telekanalının məlumatına görə, ətrafdakı yaşayış binalarında sakinlərin çoxu təxliyə edilməyib. 

Baş vermiş güclü partlayış nəticəsində 50 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb.

Qeyd edək ki, partlayışın təsirindən sabiq Baş Nazirin evinə və ətrafdakı evlərə ciddi ziyan dəyib. Bundan başqa, hökumət binasına da ciddi ziyan dəydiyi bildirilir.

Partlayışların terror aktı olduğu ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top