Regionlara və Bakıya gediş-gəlişin təklif olunan forması nə dərəcədə məntiqli və şəffafdır?


"Ötən gün Operativ Qərargah rayonlara və Bakıya gediş-gəlişdə əvvəlki avtomatlaşdılrılmış icazə sisteminin ləğv edildiyini bildirib. İndi bu cür icazə ezamiyyə vərəqələri əsasında kustar formada yoxlamaqla tənzimlənəcək. Düşünürəm ki, bu doğru bir yanaşma deyil. Təəccüblənirəm həm də ona görə ki, görən nə əcəb indiyədək, Operativ Qərargah, ASAN və TƏBİB bununla bağlı normal bir rəqəmsal həll hazırlaya bilməyiblər".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz feysbuk hesabında yazıb.
O bildirib ki, ötən gün təklif olunan üsul, fikrimcə xeyli əlavə problemlər üzə çıxacaq, saxta ezamiyyələr yazılacaq və bu sahədə qeyri-şəffaf mühit formalaşacaq:
"Prosesə nəzarət etməli olan qurumların da işi çətinləşəcək. Rüşvət və korrupsiya riskləri artacaq. Düşünürəm ki, daha ağlabatan variantlar fikirləşmək olardı. Fikrimcə, indiki yumşalma çərçivəsində rayonlara və Bakıya sərbəst gediş-gəlişi xeyli yumşaltmaq, əsasən bərpa etmək doğru olardı. Yalnız yoluxması təsdiqlənənlərə, müvafiq testlərin nəticələtinə əsaslanaraq məhdudiyyətlər tətbiq omunması məntiqli olardı. Düşünürəm ki, buna nəzarəti də rəqəmsal həllər vasitəsilə gerçəkləşdirmək olardı. İstənilən halda, vətəndaşların kütləvi hərəkətlərini tənzimləmək üçün rəqəmsal həllərə söykənən tənzimləmələr tətbiq etmək daha doğru yanaşmadır. Hansı ki, ASAN-nın əvvəlki SMS və icazə həlləri daha uğurlu idi. Beləliklə, hesab edirəm ki, rayonlar və Bakı arasında gediş-gəliş tənzimləmələri üçün indiki halda Operativ Qərərgahın təklif etdiyi üsul təkmil deyil və qüsurludur".

DİGƏR XƏBƏRLƏR

Top