Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”’ istinadla xəbər verir ki, dünyada COVİD-19-dan ölənlərin sayı 694 min 235-ə çatıb. Ümumi yoluxanların sayı sayı isə 18 milyon 314 min 234 olub. Bu günə qədər 11 milyon 512 min 535 nəfər isə həmin xəstəlikdən sağalaraq evə buraxılıb. Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, birinci sırada ABŞ, ikinci sırada Braziliya, üçüncü sırada isə Hindistan dayanır.