Mingəçevirdə tibbi maskadan istifadə etməyənlər cərimələnib


 
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçiriblər.
Yeniavaz.com xəbər verir ki, keçirilən reyd zamanı şəhərdaxili marşrut avtobusları yoxlanış məqsədilə polis əməkdaşları tərəfindən saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər. Reyd mağazalarda da davam etdirilib. Burada da tibbi maskadan istifadə etməyən bəzi satıcı və müştərilər aşkar olunub. Barələrində qanunamüvafiq tədbirlər görülüb.
Esmira Hidayətova, Mingəçevir
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top