Hikmət Hacıyev: “Həmin kütləvi toplaşmalar olmasaydı..."


“Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi”
Yeniavaz.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, gələcəkdə vətəndaşlar kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidir:
“Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi. Yas mərasimləri də bu qəbildəndir. Bu kimi tədbirlər vətəndaşların daha çox bir araya gəldiyi tədbirlər sırasındadır. Buna yol vermək olmaz. İyulun14-də baş tutan kütləvi tədbirin hər birimizə qürur verən hissəsini kənara qoymaq şərti ilə məsələyə epidemioloji çərçivədən də baxmalıyıq.
 
 

DİGƏR XƏBƏRLƏR

Top