“Çimərlik daxilində hovuz və su attraksionlarının istifadəsi qadağandır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, çimərlik ərazisində ictimai iaşə obyektləri karantin dövründə fəaliyyət göstərə bilməz: “Nazirlər Kabinetinin qərarına əsasən, yerində xidmət yox, yalnız çatdırılma ilə mümkündür, bu hal çimərliklərə də şamil olunur. Eyni zamanda çimərlik ərazilərində musiqi proqramlarının təşkili də qadağandır”.