Kosovonun Baş naziri Abdullah Hoti, “Facebook” hesabında COVID-19 testinin pozitiv çıxdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, nazir, onda xəstəliyin xəfif öksürək simpotomundan başqa heç bir göstəricisinin olmadığını qeyd edib. Baş nazir iki həftəlik özünü karantinə alaraq, vəzifəsini evdən davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Kosovoda yeni növ koronavirusa yoluxanların sayı 8 min 799, ölənlərin sayı isə 249 nəfər olub. 4 min 863 nəfər isə sağalıb.