İtaliya koronavirusa görə Azərbaycana tibbi heyət göndərir


İtaliya yeni növ koronavirusla mübarizə istiqamətində Azərbaycana tibbi heyət göndərir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin “twitter” hesabında xəbər verilib.
Paylaşımda tibbi heyətin Azərbaycanda xidmət üçün hazır olduqları qeyd edilib:
"İtaliya COVİD-19-la mübarizədə ən həssas mərhələdə olan ölkələrə yardım etməyə davam edir. Həmişə öndə xidmət edən tibb işçilərimizə yaxşı yol".

DİGƏR XƏBƏRLƏR

Top