Hollandiya Türkiyədən qayıdanlar üçün məcburi karantin rejimini ləğv etdi


Hollandiya Türkiyədən qayıdanlar üçün 14 günlük məcburi karantin rejimini ləğv edib.
Yeniavaz.com “Sputnik”ə istinadən xəbər verir ki, həmin qərarın yerinə, narıncı və ya qırmızı siyahıda olan ölkələrdən qayıdanlardan müəyyən müddətə evdə qalmaları tələb olunacaq.
Hollandiyanın səhiyyə naziri Uqo de Yonqe, parlamentə göndərdiyi məktubda, riskli ölkələrdən qayıdanların şikayətlərinə əsasən sözügedən qərarın ləğv edildiyini açıqlayıb.
Hollandiyalı nazir, məcburi karantin üçün heç bir hüquqi əsasın olmadığını deyib. Eləcə də son günlərdə narıncı və ya qırmızı bölgələrin sayının artmasını əsas gətirərək o, Avropada belə bir qərarın verildiyini bildirib.
Qeyd edək ki, “qırmızı siyahı” gedilməsinə qətiyyən icazə verilməyən yerlərə, “narıncı siyahı” isə məcburi hallarda gedilməsinə icazə verilən yerlərə şamil olunur.

DİGƏR XƏBƏRLƏR

Top