Yaponiyanın Baş naziri hökumətin payladığı maskadan ​​istifadə etmir


Yaponiyanın Baş naziri Abe Şinzo, yeni bir növ koronavirusa görə hər evə paylanılan və insanlar arasında "Abenomask" adlandıralan maskadan artıq istifadə etmir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir Abe, COVID-19 tədbirləri çərçivəsində maska ​​çatışmazlığına görə mərkəzi hökumət tərəfindən paylanan və “yuyularaq istifadə edilən 2 maska” layihəsindən danışıb.
Abe, maska paylama layihəsinin başladığı aprel ayından etibarən öz adı ilə hallanan "Abenomask" maskasından əvvəllər istifadə etdiyini bildirib. O, həftə sonundan bu yana artıq o maskalardan istifadə etmədiyinə və satışda başqa maskaların da olduğunu deyib.
Abe, çıxışı əsnasında insanları yenə də maskalardan istifadə etməyə çağırıb. Nazir həmçinin onları pandemiyaya qalib gəlmək üçün birgə mübarizə aparmağa səsləyib.   
Qeyd edək ki, layihənin davam etdiyi 4 ay ərzində ölkədə 130 milyon maska paylanıb. Növbəti mərhələdə isə qocalar evinə 80 milyon maska paylanılacağı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top