İsrail təyyarələri Qəzzaya zərbə endirib


İsrail hərbi təyyarələri Qəzzanın cənubundakı kənd təsərrüfatı ərazisinə hava zərbəsi endirib.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, hücumun baş verməsinə səbəb Qəzzadan bazar günü axşam saatlarında Qəzza sərhədinə paralel bir əraziyə raket mərmisinin atılması olub. Mərmi "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi vasitəsi ilə zərərsizləşdirilib. 
Hücum nəticəsində hər hansı bir itki ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, İsrailin iddia etdiyi hücumu Qəzzadakı heç bir qruplaşma üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top