NASA-nın astronavtları kosmosdan qayıtdılar - VİDEO


ABŞ-ın yeni idarə olunan “Crew Dragon” kosmik gəmisi Atlantik okeanının Florida ştatına düşən sahillərinə eniş edib.

Kosmik gəmi yerli vaxtla saat 14: 48-də (Bakı vaxtı ilə 22:48) suya toxunub.

Bu, Amerikanın 1975-ci ildən bəri ilk dəfə idarə olunan kosmik gəmisinin suya enməsidir.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi 2011-ci ildən ABŞ ərazisindən havaya qalxan Amerikanın ilk idarə olunan kosmik gəmisidir. Kosmik gəminin göyərtəsində NASA-nın iki astronavtı - Daqlas Harli və Robert Benken olub.


Report

DİGƏR XƏBƏRLƏR

Top