Berlindəki aksiyalarda 45 polis xəsarət aldı


Almaniyanın paytaxtı Berlin şəhərində şənbə günü koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən icazəsiz mitinqlər zamanı azı 45 polis müxtəlif bədən xəsarətləri alıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilirb ki, 20 min nəfərdən ibarət aksiyanın mühafizəsini 1,1 min polis həyata keçirib.  

Polislə toqquşmalar axşam saatlarında Noyköln bölgəsində sol fəalların təşkil etdiyi aksiya zamanı qeydə alınıb. Ümumilikdə 133 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top