Dərbəndin başçısı vəzifəsini icra edən Fuad Şıxıyev həbs olundu - FOTO


Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev iki ay müddətinə həbs olunub.
Bu barədə Mahaçqala Sovet Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
“Məhkəmənin qərarı ilə şübhəli şəxs iki ay, yəni sentyabrın 30-dək həbsə salınıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, F.Şıxıyev torpaq sahələrinin oğurlanması və satışı ilə məşğul olan cinayətkar dəstənin təşkilində şübhəli bilinir. İlkin məlumatlara görə, qrupun hərəkətlərindən zərər 200 milyon rubl (4 577 228 AZN) təşkil edib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top