Fuad Abbasov Tovuzda yaşayan ermənilərlə görüşdü - VİDEO/FOTO


Uzun müddət Rusiyada, indi isə Azərbaycanda jurnalist kimi fəaliyyət göstərən Fuad Abbasov Tovuz rayonunda olub.
Yeniavaz.com 
"Yeni Müsavat" qəzetinə istinadən xəbər verir ki, o, iyulun 12-dən etibarən cəbhənin Tovuz istiqamətində erməni təxribatları nəticəsində baş verənlərlə bağlı reportaj hazırlayıb. Fuad Abbasov Tovuzda erməni təxribatı nəticəsində ən çox zərər görmüş Ağdam, Dondar Quşçu kəndlərində olub. Yerli sakinlərlə, şəhid ailəsi ilə görüşüb, yaranmış vəziyyətlə bağlı onların fikirlərini öyrənib.
O, Tovuzda yaşayan milliyətcə erməni olan sakinlərlə də görüşüb.

Həmçinin Qaraqaya yüksəkliyi ilə bağlı informasiyalar əldə edən Fuad Abbasov hazırladığı reportajı daha çox rusdilli ictimaiyyətə, Rusiya mətbuatına çatdırmaqda maraqlıdır.
O, Tovuzda gördükləri, müşahidə etdikləri barədə videomüsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top