Müdafə Nazirliyindən erməni tərəfinin yaydığı məlumatlara CAVAB

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Yeniavaz.com xəbər verir ki, V.Dərgahlı bu cür məlumatların erməni tərəfinin uydurması və dezinformasiya olduğunu bildirib: "Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb".

DİGƏR XƏBƏRLƏR

Top