Şamaxı və Qobustanda güclü yağış səbəbilə evləri su basıb


Bu gün günorta saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərdə (Qobustan və Şamaxı şəhərləri) suçəkmə işlərinə cəlb olunub. Hal-hazırda Qobustan şəhərində həyətyanı sahələrdə suçəkmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top