Fransada səhiyyə işçilərinin maaşı rekord həddə artırıldı


Fransada tibb işçilərinin maaşı üçün 8 milyar avro ayrıldı
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri olan Fransada səhiyyə işçilərinin maaşına rekord həddə artım edilib. Belə ki, hökumət, tibb işçilərinə  8 milyard avroluq büdcə ayırmaq fikrini qəbul edib. Bu, hər bir tibb işçisinin maaşına ayda orta hesabla 183 avro (353,01 AZN) artım anlamına gəlir.
Vəzifəsinə yeni təyin olunmuş baş nazir Jan Kasteks, razılaşmanı Fransa səhiyyə sisteminin tarixi anı kimi qiymətləndirib. Baş nazir, səhiyyə işçilərinin pandemiya ilə mübarizəsini təqdirə layiq olduğunu deyib. 
 

DİGƏR XƏBƏRLƏR

Top