ABŞ-da yeni növ koronavirus pandemiyası səbəbilə ölənlərin sayı son 24 saatda 379 nəfər artaraq 137 min 797 nəfərə çatıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, 40 milyona yaxın insanın yaşadığı Kaliforniyada karantin qaydaları sərtləşdirilib. Ştatda yoluxma halı son iki həftədə 20 faiz artıb. Ştatda yoluxma halları çoxaldığı üçün ticarət mərkəzləri, restoranlar və kino-teatrların müddətsiz olaraq bağlanmalarına qərar verilib.