Ermənistanda koronavirusdan ölənlərin sayı artdı - Fövqəladə vəziyyət rejimi uzadıldı


Ermənistanda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistanda yeni növ koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi avqustun 12-nə qədər uzadılıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Buna səbəb isə Ermənistanda COVİD-19-a yoluxan və ölənlərin sayının durmadan artması olub. Qeyd edək ki, Ermənistanda son sutka ərzində 339 nəfər COVİD-19-a yoluxub, 8 nəfər isə dünyasını dəyişib. Bu günə qədər 32 min 490 nəfər yeni növ koronavirusa yoluxub, 581 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top