Nazir Gəncə şəhər Təhsil İdarəsinə yeni rəis təyin etdi


Gəncə şəhər Təhsil İdarəsinə yeni rəis təyin olunub.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə modern.az məlumat yayıb. Bildirilir ki, rəis vəzifəsinə Anar Qədiməliyev gətirilib.  
O, bu təyinata kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.  
Qeyd edək ki Gəncə şəhər Təhsil İdarəsinin əvvəlki rəisi Zakir Hüseynov iki həftə əvvəl təqaüd yaşı ilə əlaqədar olaraq vəzifəsindən azad olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top