Əfsanəvi liderin qızı dünyasını dəyişdi


Cənubi Afrikadakı “aparteid” rejiminə qarşı apardığı mübarizəsi ilə əfsanəyə çevrilən Nelson Mandelanın qızı Zindzi Mandela 59 yaşında vəfat edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, CAR-ın keçmiş prezidenti Nelson Mandelanın ikinci evliliyindən dünyaya gələn qızı Zindzi Mandelanın ölüm xəbəri ailə üzvləri tərəfindən təsdiqlənib. Cənubi Afrikanın Danimarkadakı səfiri olan xanım Mandelanın ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Zindzi Mandela, Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top