Dünyada COVID-19-a yoluxanların sayı 13 milyonu ötdü


Dünyada yeni növ koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 13 milyon 74 min 309-a, ölənlərin sayı isə 572 min 426-ya çatıb. Bu günə qədər 7 milyon 618 min 927 nəfər isə həmin xəstəlikdən müalicə edilərək sağaldılıb.
Qeyd edək ki, dünyada ən çox koronavirusa yoluxma halının qeydə alındığı yer ABŞ-dır. Həmin ölkədə son sutkada 380 nəfər COVID-19-dan dünyasını dəyişib, 58 min 349 nəfər isə bəhs edilən virusa yoluxub. Nəticədə ABŞ-da koronavirusa ümumi yoluxanların sayı 3 milyon 414 min 557-yə, ölənlərin sayı isə 137 min 795-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top