Bu gecə şəhid olan baş leytenantımızın FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Hərbi qulluqçumuzun fotosunu təqdim edirik:

Qeyd edək ki, fotonu Aprel qazisi Hikmət Məmmədov feyzbuk profilindən paylaşıb
Xatırladaq ki, Ermənistan tərəfinin ötəngünkü təxribatı nəticəsində 3 nəfər - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

DİGƏR XƏBƏRLƏR

Top