Təxliyə edilən Azərbaycan vətəndaşları Tbilisidən yola salınıb - YENİLƏNİB

Gürcüstandan təxliyə edilən 200 Azərbaycan vətəndaşı Tbilisidən yola salınıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, təxliyə edilən vətəndaşlar bu dəqiqələrdə paytaxt Tbilisidən 4 xüsusi avtobusla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınıblar. Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edirlər.


***09:44
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da  buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top