Tovuz istiqmətindəki döyüşlə bağlı Ermənistan KİV-də yayılan məlumatlara MN-dan CAVAB


“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib”.
Yeniavaz.com xəbər verir ki, bunu apa-nın Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı sorğusunu cavablandıran Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

DİGƏR XƏBƏRLƏR

Top