Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi - YENİLƏNİB

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "report"a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Rubiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova  dünyasını dəyişib. 

"Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.


*16:44
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top