Koronavirusa yoluxan tanınmış həkim EKMO cihazına qoşuldu


Xəbər verildiyi kimi aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusa yoluxub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülüb.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov bildirib ki, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub:

“Mərkəzi Hərbi Hospitalda müalicə olunan reanimatoloq-həkim Teymur Cəfərovun son günlər vəziyyəti ağırlaşmış və dünən gecə real vəziyyəti nəzərə alınaraq xəstəyə xəstəbaşında baxış keçirilmiş və vəziyyətinin kritik-ağır olduğu müəyyən edilib. Gecə saat 03:00-dən səhərədək Gömrük Hospitalı ekspertləri tərəfindən EKMO aparatı xəstəyə mərkəzi hərbi hospitalda taxıldı. Oksigen 100% getməsinə baxmayaraq, qandakı oksigenin miqdarı 31-ə qədər düşən xəstə EKMO cihazı taxıldıqdan sonra hemodinamik olaraq stabilləşdirildi. Bədənin oksigenlə qidalanması qənaətbəxş vəziyyətə gəldi. Hazırda dərin koma vəziyyətində yatan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir".

DİGƏR XƏBƏRLƏR

Top