Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 12 milyon 856 min 50-yə çatıb. Ölənlərin sayı isə 567 min 913 nəfər olub. Qeyd edək ki, bu günə qədər 7 milyon 487 min 895 nəfər COVİD-19 pandemiyasından sağalara evə buraxılıb. Dünyada koronavirusa yoluxma sayına görə birinci sırada ABŞ, ikinci sırada Braziliya, üçüncü sırada isə Hindistandır.