Zibil qabları olmadığına görə sakinlər tullantıları tarixi abidənin içərisinə atırmış - VİDEO


Bakının Maştağa qəsəbəsində yerləşən tarixi “Qum hamamı”nın vəziyyəti son günlər müzakirə mövzusuna çevrilib. 
Baxımsız vəziyyətdə olan bu tarixi abidə əhalinin tullantıları üçün zibilxanaya çevrilib.
Tikilmə tarixi tam dəqiq bəlli olmasa da “Qum hamamı” Səfəvilər dövründə Şirvan-Abşeron memarlıq məktəbinin bariz nümunələrindən hesab olunur.
Ancaq hazırda hamamın çox hissəsi torpaq altında qalıb. Kənd əhalisi isə məişət tullantılarını hamamın pəncərələrindən içəri atır.
Çəkiliş apardığımız zaman Sabunçu rayoun İcra Hakimiyyətindən bu əraziyə nümayəndələr cəlb olunaraq abidənin tullantılardan təmizlənməsi işlərinə başlanıldı. 
Sakinlərin sözlərinə görə problemin kökündə yaxınlıqda zibil qutularının olmamasıdır.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top