Mingəçevirdə yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub - FOTO


Pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyublar.
Yeniavaz.com
xəbər verir ki, ürək çatışmazlığından vəfat etmiş mingəçevirli həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları mərhumənin yas məclisini daha xeyirxah bir formada qeyd ediblər.
Belə ki, Zamanovlar ailəsi Mingəçevir şəhərində sərtləşmiş karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ müharibəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar.
Onlar, həmçinin  pandemiya dövründə hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil etməməyə və bu formada imkansız ailələrə dəstək olmağa, daha böyük savab qazanmağa çağırıblar.
Zamanovlar ailəsinin bu təşəbbüsü şəhərin dini icması tərəfindən də təqdir edilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top