Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü - 531 yeni yoluxma


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 23521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8045, ötən müddət ərzində isə ümumilikdə 560356 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top