48 xəstə süni tənəffüs cihazına qoşulub - STATİSTİKA


Bu gün Azərbaycanda koronavirusla bağlı 7 576 test aparılıb, ümumilikdə aparılan testlərin sayı 552 311-ə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayılıb.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8 605-dir. Onlardan 343 nəfəri reanimasiyadadır ki, onlardan da 48-i süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə bu vaxtadək 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1 493 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top