Aya Sofyaya giriş pulsuz olacaq, iyulun 24-dən ibadətə açılacaq

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Danıştay məhkəməsinin Aya Sofya muzeyinin məscidə çevrilməsi haqda qərarını təsdiqlədikdən sonra xalqa müraciət edib.
Yeniavaz.com xəbər verir ki, Türkiyə Prezidenti Aya Sofyanın 24 iyul tarixində ibadətə açılacağını bildirib:
“1934-cü ildə qəbul olunan və Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə səbəb olan qərarın ləğvinə nail olduq. Bəşəriyyətin ortaq mirası olan Aya Sofyayı 24 iyul cümə namazı ilə ibadətə açmağı planlayırıq”. Ərdoğan ödənişli girişin ləğv ediləcəyini və istər yerli, istərsə də əcnəbilər üçün Aya Sofyanın qapılarının açıq olacağını qeyd edib.
Türkiyə Prezidenti Mədəniyyət və Turizm Nazirliyinin və Diyanət İşlər Başqanlığının açılışla bağlı hazırlıq işləri gördüyünü açıqlayıb və insanların bir az daha səbirli olub görülən işlərə mane olmamaqları barədə çağırış edib.

DİGƏR XƏBƏRLƏR

Top