Hazırkı dövrədək 22 990 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib - TƏBİB


"Hazırkı dövrədək ölkəmizdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib".

Yeniavaz.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Y. Qarayeva qeyd edib ki, 22 min 990 nəfərdən 14 min 93 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.
Xatırladaq ki, həmin brifinqdə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildirdi ki, Bakı şəhəri üzrə evdə müalicə alan 10 min 202 vətəndaşımız var:
"Bu kifayət qədər böyük rəqəmdir. Bu onu göstərir ki, bu rəqəmlər səhiyyə sisteminə olan yükün azalmasına kömək edir”.

DİGƏR XƏBƏRLƏR

Top