Rusiyada meydançada qapıçını ildırım vurdu – ANBAAN VİDEO


Rusiyada meydançada tək məşq edən 16 yaşlı qapıçı ildırım vurması nəticəsində ağır yaralanıb.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, ildırım vuran şəxsin Moskvanın Orexovo-Zuevo şəhərinin “Znamya Truda” komandasının yeniyetmə qapıçısı olduğu deyilir. Futbolçunu ildırım vurması anı meydançada quraşdırılan kameralarda öz əksini tapıb. İldırım vurması nəticəsində yerə yıxılan yeniyetmə qapıçıya ilkin yardımı meydançadan kənarda olan dostları edib. Xəstəxanaya çatdırılan yeniyetmə komadan çıxıb. Hazırda vəziyyəti stabildir. Komandanın məşqçisi İqor Mayorov öz açıqlamasında deyib ki, hava həmin vaxt günəşli olub və hadisənin necə baş verməsi onların təəccübünə səbəb olub. Mütəxəssislər isə futbolçunun boynundakı boyunbağının ildırımötürcü rolu oynadığı ehtimalını irəli sürüb.

DİGƏR XƏBƏRLƏR

Top