Bakıda 10 mindən çox koronaviruslu xəstə evdə müalicə alır - RƏSMİ MƏLUMAT


“Hal-hazırda Bakı şəhəri üzrə 87 poliklinika əsasında 39 xüsusi məntəqə yaradılıb”.
Yeniavaz.com xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Nazirlik rəsmisi qeyd edib ki, 39 məntəqəyə gün ərzində 700-800 arası müraciət olur:
“Əvvəllər 700-800 sayda müraciətlərin çoxu Təcili Yardımın üzərinə düşürdü, indi isə bu yük Təcili Yardımdan götürüldü. Bu istiqamətdə işin aparılmasını vətəndaşların xüsusi, kəskin hallar istisna olmaqla Təcili Yardıma deyil, poliklinikara müraciət etməsi ilə işin daha da yaxşı olmasını təmin edə bilərik”.
N. Zeynalov həmçinin qeyd edib ki, ölkəmizdə koronavirus epidemiyasının ən böyük yükü Bakının üzərinə düşür:
“Burada həm əhalinin sayı və sıxlığı xəstələnmə rəqəmlərinin çox olmasına, səhiyyə sisteminin yüklənməsinə səbəb olurdu. Bu yükün bir hissəsinin ambulator poliklinik sisteminə keçirilməsi məsələsi həll olundu. Məlumat üçün bildirim ki, ev şəraitində xəstələrə nəzarəti başlamağımızdan bu günə qədər - bu iki həftə ərzində hal-hazırda Bakı şəhəri üzrə evdə müalicə alan 10 min 202 vətəndaşımız var. Bu kifayət qədər böyük rəqəmdir. Bu onu göstərir ki, bu rəqəmlər səhiyyə sisteminə olan yükün azalmasına kömək edir”.

DİGƏR XƏBƏRLƏR

Top