Ərdoğan Ayasofya ilə bağlı məhkəmə qərarını təsdiqlədi - YENİLƏNİB


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti bununla bağlı fərman imzalayıb. 
Fərmana əsasən, Ayasofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

***17:40
Türkiyənin “Danıştay” məhkəməsi Ayasofya ilə bağlı 1934-cü ildə verilən qərarı ləğv etdi.

Yeniavaz.com “Söczü”yə istinadla xəbər verir ki, Türkiyənin “Danıştay” məhkəməsi Ayasofyanın 86 ildən sonra yenidən məscid kimi fəaliyyət göstərməsi barədə qərar verdi. “Danıştay” məhkəməsi Ayasofyanın1934-cü ildə fəaliyyət sahəsinin dəyişdirilərək muzey olaraq istifadəsi barədə verilən qərarın hüquqa uyğun olmadığı açıqlayıb.
Qeyd edək ki, Fatih Sultan Mehmetin İstanbulu fəthindən sonra məscidə çevirdiyi Ayasofya 24 noyabr 1934-cü ildə Türkiyə hökuməti tərəfindən muzeyə çevrilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top