Azərbaycan Prezidentinin köməkçisi ictimai nəqliyyatdan istifadə edir


“Şəxsən mən özüm ictimai nəqliyyatdan istifadə edirəm. Brifinq qurtardıqdan sonra mən avtobus kartımı da sizə göstərə bilərəm, əgər belə bir marağınız varsa”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bunu, jurnalistlərdən birinin metronun bağlanma səbəbi ilə balı verdiyi suala vaba olaraq bildirib. H. Hacıyev qeyd edib ki, metronun bağlanma səbəbi məhdud məkan olması, tunel şəraiti və havanın dövriyyəsi ilə əlaqədardır:
“Bəli bu məqamda avtobuslarda müəyyən sıxlıq elementi olmuşdur, bu qəbul olunur. Vizual müşahidələrdə də bu özünü göstərirdi. Ona görə də BNA qarşısında da bu məsələ qoyulub ki, xəttə olan avtobusların sayı artırılsın. Metro məhdud bir məkan olduğu üçün və tunel şəraiti olduğu üçün və burada havanın dövriyyəsi ilə bağlı müxtəlif fikirlər var ki, ona görə də epidemioloji vəziyyət nəzərə alınaraq metronun fəaliyyəti dayandırılıb”.

DİGƏR XƏBƏRLƏR

Top