Prezidentin köməkçisi həbsxanalarda koronavirusa yoluxma ilə bağlı DANIŞDI


“Təcridxanalarda yoluxmalar qeydə alınır”.

Yeniavaz.com xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11, qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb: “Ümumilikdə, yoluxan 18 məhkum vaxtından əvvəl azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Penitensiar xidmətdə də  yoluxma halları baş verir”.

DİGƏR XƏBƏRLƏR

Top