Goranboyda qəza: Tonlarla qarpız yola dağıldı


İki yük avtomobili toqquşdu tonlarla qarpız magistrala dağıldı.
Yeniavaz.com xəbər verir ki, yol nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib.
Üzü Bakıya doğru hərəkətdə olan qarpızla yüklənmiş “Qazel” maraklı avtomobilə, eyni istiqamətdə gedən iritonnajlı yük maşını çırpılıb.
Zərbənin gücündən “Qazel” idarəetmədən çıxaraq yol kənarına düşüb. Daşıdığı qarpız isə magistral yola dağılıb.
Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasada Samux sakinin əkib becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub. Faktla bağlı araşdırma aparılır. 
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top