ABŞ prezidenti Donald Tramp prezidentliyə namizəd Co Bayden haqqında sərt sözlər söyləyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bir televiziya verilişinə telefonla qatılaraq rəqibi Co Bayden haqqında sərt ifadələr işlədib.
O bildirib ki, Co Bayden radikal solun hakimiyyəti altına girib: “Bayden harada olduğunu, nə etdiyini bilmir. Bu adam bütün ölkəyə zülüm edəcək. İqtisadiyyat köçəcək, pis şeylər olacaq, polis təşkilarlarını dağıdacaqlar. Nəticədə bizim ölkəmiz cəhənnəmə dönəcək”.
Tramp həmçinin Co Baydeni qabiliyyətsizliklə günahlandırıb: “O, heç bir qabiliyyət testini keçə bilməz. Ona özünü sınamağı tövsiyyə edirəm. Mən keçən dəfə bir qabiliyyət testində iştirak etdim, olduqca yaxşı nəticələr verdim. Məncə, Bayden də həmin testdə iştirak etməlidir”.
Qeyd edək ki, ABŞ-da 3 noyabr 2020-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Co Bayden seçkilərdə ABŞ Demokratlar partiyasının prezidentliyə namizədi kimi iştirak edəcək.