İranda son sutkada 200-dən çox insan COVID-19 səbəbilə dünyasını dəyişdi


İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saat ərzində 221 nəfər koronavirus səbəbilə dünyasını dəyişib, 2 min 79 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə ölkədə ölənlərin ümumi sayı 12 min 305 nəfər, yoluxanların sayı isə 250 min 458 nəfərə çatıb. 212 min 176 nəfər isə həmin xəstəlikdən sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top